...

Azərbaycan neftinin qiymətləri martın 11-də artıb

Energetika Materials 12 Mart 2011 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 117,54 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə verilən məlumata görə, çümə günü neftin qiymətləri cümə axşamına nisbətən 0,08 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 116,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 11-də 108,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 11-də 113,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətlə eynidir.

Xəbər lenti

Xəbər lenti