...

Gürcüstanın Neft və Qaz Korporasiyası Azərbaycanla sərhədədək qaz kəmərinin tikintisi üzrə tenderi başa çatdırır

Energetika Materials 14 Mart 2011 11:03 (UTC +04:00)
Gürcüstanın Neft və Qaz Korporasiyası bazar ertəsi Qırmızı Körpü-Saquramo qaz kəmərinin 10 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tender çərçivəsində ərizələrin qəbulunu başa çatdırır.
Gürcüstanın Neft və Qaz Korporasiyası Azərbaycanla sərhədədək qaz kəmərinin tikintisi üzrə tenderi başa çatdırır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Neft və Qaz Korporasiyası bazar ertəsi Qırmızı Körpü-Saquramo qaz kəmərinin 10 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tender çərçivəsində ərizələrin qəbulunu başa çatdırır. Bu barədə Trend-ə korporasiyadan məlumat verilib. Bu qaz kəməri Gürcüstanı Azərbaycanla birləşdirir.

Layihənin dəyəri dörd milyon dollara yaxındır.

80 kilometrlik Qırmızı körpü (Azərbaycanla sərhəd) - Saquramo qaz kəməri enerjidaşıyıcıların nəqlinin şaxələndirilməsi məqsədilə tikilir.

2006-cı ildə bu layihə çərçivəsində qaz kəmərinin 30 kilometrlik Qardabani-Navtluqi və 2010-cu ildə daha 10 kilometrlik hissəsi inşa edilib.

Xəbər lenti

Xəbər lenti