...

Rəcəb Tayyib Ərdoğan: Türkiyə İran qazından imtina etməyəcək

Energetika Materials 4 Dekabr 2012 10:50 (UTC +04:00)
Türkiyə ABŞ tərəfdən İrana qarşı sanksiyaların güclənməsinə baxmayaraq, İran qazından imtina etməyəcək.
Rəcəb Tayyib Ərdoğan: Türkiyə İran qazından imtina etməyəcək

Azərbaycan, Bakı, 4 dekabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyə ABŞ tərəfdən İrana qarşı sanksiyaların güclənməsinə baxmayaraq, İran qazından imtina etməyəcək. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər verir.

"İran Rusiyadan sonra Türkiyənin ikinci iri qaz tədarükçüsüdür. Türkiyə ayrıca ölkənin [ABŞ] sanksiyaları üzündən İran qazından imtina etməyi heç düşünmür", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə üçün İran qazının idxalı strateji məsələdir.

Qeyd edək ki, Türkiyə hər il İrandan 8 milyon ton neft və 8 milyard kubmetr qaz idxal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti