...

“Lukoyl” şirkəti Azərbaycanda yanacaqdoldurma məntəqəsinin tikintisi ilə bağlı tender elan edib

Energetika Materials 23 Avqust 2013 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.İsmayılov/

"Lukoyl-Azərbaycan" QSC Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinin tkintisi üzrə ikimərhələli tender elan edir. Trend-in məlumatına görə, bu barədə "Respublika" qəzetində dərc olunan məlumatda bildirilir.

Məlumatda bildirilir ki, yeni məntəqə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi, A. Fətullayev küçəsində yerləşəcək.

Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti bu elanın dərc edildiyi gündən 20 gün ərzində qeyd edilməlidir.

Tender təklifləri 17 sentyabr 2013-cü ilədək təqdim edilməlidir. Tender təkliflərinin açılışı sentyabrın 24-ündə baş tutacaq. Tenderin qalibi ilə tender başa çatdıqdan sonra 20 gün ərzində müqavilə imzalanacaq.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Tel.: (+994 12) 497 41 41.
Mob.: (+994 50) 306 78 11.
Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti