...

Azərbaycanın magistral neft kəmərləri ilə neft ixracı 9 faizdən çox artıb

Energetika Materials 17 İyun 2014 17:52

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 19,8 milyon ton neft nəql olunub. Bu, 2013-cü ilin analoji dövründəki göstəricidən 9,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 5 ayının yekunları üzrə hesabatında deyilir.

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə ötən ilin analoji dövründəki 13,8 milyon tona qarşı 15 milyon ton neft nəql olunub.

Hesabatda deyilir ki, 2014-cü ilin yanvar-may ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin payına ölkənin bütün magistral neft kəmərləri ilə nəql olunan neftin 75 faizi düşüb.

Hesabat dövründə ölkənin magistral qaz kəmərləri ilə 9,5 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,7 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-may aylarında Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə 2,7 milyard kubmetr qaz nəql olunub. 2013-cü ilin analoji dövründə bu rəqəm 1,8 milyard kubmetr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti