...

Salyanda qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 29 Dekabr 2016 17:42 (UTC +04:00)
Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Salyanda qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. Trend:

Sabah saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Salyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti