...

Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

Energetika Materials 21 Aprel 2021 10:39 (UTC +04:00)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə dünya bazarlarında neft qiymətləri bir barel üçün 56 dollar məbləğində proqnozlaşdırılır. 2022-ci ildə isə qiymətlərin 60 dollaradək artması gözlənilir.

Trend bu barədə Dünya Bankının hesabatına istinadən məlmat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilə koronavirusa qarşı vaksinasiya prosesinin sürətlənməsi və iqtisadiyyatın bərpa olunması ilə əlaqədar neftə tələbin artması proqnozlaşdırılır.

Qeyd olunur ki, proqnozlaşdırılan qiymət 2017-2019-cu illərdə qeydə alınan orta qiymətlərlə eynidir.

Dünya Bankı bu il təklifin də artacağını gözləyir. Məlumata əsasən, OPEC+ neft hasilatını may və iyun aylarında 0,35 milyon barel/sutka, iyul ayında 0,45 milyon barel/sutka artırmağı planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti