...

Gürcüstan BTC layihəsi üzrə ilk tranşı alıb

Energetika Materials 20 İyul 2006 12:06 (UTC +04:00)

Gürcüstan hökuməti və BTC Co boru kəməri şirkəti arasında imzalanmış sazişə düzəliş edilib. Trend in xüsusi müxbirinin məlumatına görə, bu barədə hökumətin iclasından sonra keçirilmiş brifinqdə Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvili bəyan edib.

Düzəliş ayrılan qrantlar üçün xüsusi hesabların açılması xahişi ilə bağlıdır. Ancaq Gürcüstanda vahid xəzinə modelinin olması ilə əlaqədar sazişə bu məbləğlərin xəzinə hesabına köçürülməsini nəzərdə tutan düzəliş edilib.

Söhbət Gürcüstanda sosial proqramların, təhsilin və səhiyyənin maliyyələşdirilməsinə yönəldiləcək 40 mln dollardan gedir. Gürcüstan artıq $9 mln məbləğində 1-ci tranşı alıb.

Növbəti tranşın həcmi $16 mln təşkil edir. Bütün məbləğ Gürcüstana 2010-cu ilin sonunadək veriləcək.

Xəbər lenti

Xəbər lenti