...

"Şahdəniz" layihəsi çərçivəsində boru kəmərlərinin yoxlanılmasına başlanıb

Energetika Materials 14 Avqust 2006 17:15 (UTC +04:00)

"Şahdəniz" qaz kondensat yatağı layihəsinin operatoru BP Azərbaycan şirkəti bu layihə çərçivəsində sualtı boru kəmərləri və Səngəçaldakı terminalda quraşdırılmış avadanlığı yoxlamaq üçün sınaq işlərinə başlayıb. Bu barədə Trend ə şirkətdən xəbər veriblər. Bu işlərin başa çatmasından sonra Gürcüstanda Cənubi Qafqaz Kəmərinin preslənməsi davam etdiriləcək.

Hazırda qaz hasilatı üçün nəzərdə tutulmuş TPG 500 platformasında sazlama işləri davam etdirilir. Bütün işlər qrafikə uyğun həyata keçirilir və sentyabrın ortalarında başa çatdırılacaq.

TPG 500 platforması qazma, çıxarma və 120 nəfərlik yaşayış blokundan ibarət özüqalxan qurğudur. Qurğunun ümumi kütləsi 32 min ton (yuxarı tikililər 22 min ton, dayaq və özüllər 10 min ton) təşkil edir. Platformanın qazma avadanlığı 3 km sapma ilə 7 km uzunluğunda qazma aparmağa imkan verəcək. Platformanın hasilat qurğuları gündə təxminən 1 mlrd. kub fut (28,5 mln. kub metr) qaz və 60 min barel (8 min ton) kondensat emal etməyə imkan verəcək. Qaz və qaz kondensatı yataqdan Səngəçal terminalına sualtı kəmərlər vasitəsilə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti