Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti oktyabrın 7 - 12 - də İstanbulda keçirilən CeBIT Bilisim Eurasia - 2008 sərgi və konfransında iştirak edib, -şirkətin məlumatında bildirilir.
RİTN - nin strateji planlaşdırma və elmi potensial şöbəsinin rəhbəri İsbəndiyar Əliyev sərgi çərçivəsində konfranslardan birində - Future at Telecom Conference-də məruzə ilə çıxış edib.
Azərbaycan sərgiyə iyunda, onun təşkilatçıları Hifas Hannover Fairs - Interpro İnternational Fairs İnc şirkəti tərəfindən dəvət edilib.
Sərgidə ənənəvi bölmələrlə bərabər, E - hökumət, innovasiya, rəqəmli həyat və digər bölmələr də nümayiş etdirilib, mobil rabitə sektoru geniş təqdim olunub.
Tədbirdə bələdiyyə orqanları da iştirak edib.
CeBIT Bilisim Eurasia dünyada Türkiyə, Cənub - Qərbi Asiya və Qara dəniz ölkələri üzrə ən böyük informasiya və kommunikasiya texnologiyaları sərgisidir.
21 ölkədən minə yaxın şirkətin məhsullarının nümayiş etdirdiyi bu tədbirdə təqribən 160 min ziyarətçi qeydə alınıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]