...

Azərbaycanın CDMA operatoru bank kartları vasitəsilə onlayn-ödəmə təqdim edəcək

Telekommunikasiya Materials 5 Sentyabr 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir H.Vəliyev /

CATEL şirkətinin CDMA operatoru yaxın zamanlarda onlayn-rejimdə rabitə xidmətlərinin ödənilməsinin yeni formalarını təqdim edəcək.  Bu barədə Trend -a şirkətdən məlumat verilib.

Şirkətin məlumatına əsasən, yeni ödəmə formalarınının təqdim edilməsi üçün "Azəricard" prosessinq mərkəzi ilə danışıqlar aparılır. Layihənin həyata keçirilməsi abunəçilərə rabitə xidmətlərinin Visa International və Master Card beynəlxalq ödəmə sistemlərinin köməyi ilə şirkətin internet resursları vasitəsilə ödənilməsinə imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti