...

Azərbaycan Neft Fondunun intellektual binasının inşası üzrə tenderin qalibi ayın sonunda məlum olacaq

Telekommunikasiya Materials 12 Yanvar 2010 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) intellektual və avtomatlaşdırılmış binası konsepsiyasının layihələşdirilməsi xidmətləri üzrə tenderin qalibi yanvarın 25-də məlum olacaq. Bu barədə ARDNF-dən Trend -a deyilib.

Tender paketlərinin açılma proseduru bu gün təşkil olunub. Maliyyənin müqayisə olunması üzrə texniki rəylər iştirakçı təkliflərinin qiymətləndirilməsində mühüm rol oynayır, tenderin qalibi isə ayın sonuna məlum olacaq.

ARDNF yeni ofis binasının inşası layihəsində intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının layihələşdirilməsi və həyata keçirilməsinə nəzarət üçün məsləhət və peşəkar xidmətlərin satın alınması məqsədi ilə tenderi 11 noyabr 2008-ci ildə elan edib.

Layihənin reallaşdırılması üçün 30 ay verilib. Tenderin şərtlərinə əsasən intellektual informasiya şəbəkəsi infrastrukturu, intellektual informasiya təhlükəsizliyi şəbəkəsi infrastrukturu, intellektual və avtomatlaşdırılmış bina və resursların idarə edilməsi sistemi şəbəkəsi infrastrukturu və s. yaradılması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti