...

"Aztelekom" Sumqayıtın yeni yaşayış məntəqələrini telefonlaşdırır

Telekommunikasiya Materials 5 Mart 2013 14:27 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi (İB) yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlayıb.
"Aztelekom" Sumqayıtın yeni yaşayış məntəqələrini telefonlaşdırır

Azərbaycan, Bakı, 5 mart/Trend/

"Aztelekom" İstehsalat Birliyi (İB) yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlayıb. Trend-in çərşənbə axşamı İB-nin saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq, Sumqayıtda Sumqayıt stansiyası, 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsi istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda Sumqayıtda hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədəd olub ki, bu da respublika üzrə statistik göstəricidən 1,8 ədəd çoxdur.

Bu gün şəhərdə genişzolaqlı internet istifadəçilərinin də sayı artıb. Belə ki, şəbəkənin yeni NGN texnologiyası əsasında qurulması nəticəsində abunəçilərin sayı 13473 ədədə çatıb. Hazırda qovşaq üzrə şəbəkədə ümumi montaj tutumu 62310 ədəd, istifadəçilərin sayı isə 57388-ə çatıb ki, sözügedən layihələrin həyata keçirilməsi ilə yaxın vaxtlarda bu sahədə də böyük dəyişikliklər baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti