...

Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək

Telekommunikasiya Materials 25 İyun 2018 17:56 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək
Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-da saat 12:00-da Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qusar rayonunda 023 3853157

Quba rayonunda 023 3355050

Xaçmaz rayonunda 023 3252218

Şabran rayonunda 023 3532004

Siyəzən rayonunda 023 3040120

Xızı rayonunda 023 3150400

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti