...

Tarix göstərəcək ki, Kosovonun müstəqilliyinin elan olunması düzgün addım idi - ABŞ prezidenti

Dünya xəbərləri Materials 20 Fevral 2008 05:02 (UTC +04:00)
Tarix göstərəcək ki, Kosovonun müstəqilliyinin elan olunması düzgün addım idi - ABŞ prezidenti

Rusiyanın müqavimət göstərməsinə baxmayaraq, Kosovonun müstəqilliyinin elan olunması düzgün addım idi. Tarix göstərəcək ki, bu, Balkanlara sülh və əmin-amanlıq gətirəcək. Belə bir bəyanatla ABŞ prezidenti Corc Buş Afrika ölkələrinə turnesi zamanı çıxış edib. Ağ Evin rəhbəri qeyd edib ki, Vaşinqton dəfələrlə Rusiya ilə Kosovo məsələsinə dair danışıqlar aparıb.

Fevralın 18-də ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya XİN başçısı Serqey Lavrov və ABŞ-ın baş kətibi Kondoliza Rays telefonla Kosovo ətrafındakı durumu müzakirə ediblər. Rusiya Priştina tərəfindən vilayətin müstəqilliyi ilə bağlı birtərəfli addımların atılmasının qəbuledilməzliyinə dair prinsipial mövqeyini ifadə edib və belə bir addımın təhlükəli cəhətlərini önə çəkib.

Fevralın 17-də Kosovo parlamenti vilayətin müstəqilliyinə dair deklarasiyanı ratifikasiya edib. Belqrad onu qanunsuz elan edib və beynəlxalq birliyi həmin deklarasiyanı beynəlxalq hüquqa zidd sənəd kimi ləğv etməyə çağırıb. Rusiya bu tələbin yerinə yetirilməsi ilə bağlı mövqeyini müdafiə etmək niyyətini ortaya qoyub. Moskva həmçinin Kosovonun Serbiyadan ayrılmasının əleyhinə çıxış edən vilayət sakinlərinin təhlükəsizliyinin təminat edilməsini tələb edir.

Kosovonun müstəqilliyini artıq Əfqanıstan, ABŞ, Türkiyə, Fransa və Avstraliya kimi dövlətlər tanıyıb. RBK

Xəbər lenti

Xəbər lenti