...

Türkiyə XİN İsraildən yaralı türk vətəndaşlarının verilməsini tələb edib

Dünya xəbərləri Materials 31 May 2010 15:12 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi İsraildən 30 yaralı türk vətəndaşının verilməsini tələb edib. Onlar İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna humanitar yardım çatdırmalı olan beynəlxalq donanmaya bazar ertəsi gecə həyata keçirdiyi hücum zamanı yaralanıblar. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Həlak olan 19 fəalın əksəriyyəti də türk vətəndaşı olub.

Ankara artıq baş verənlərlə bağlı İsrail hökumətindən dəqiq izahat tələb edib.

İsrail tərəfdən 6 əsgər yaralanıb.

İsrailin müdafiə idarəsinin verdiyi məlumata görə, toqquşma hüquq müdafiəçilərinin gəmiləri buraxmaqdan imtina edən İsrailin dəniz sərhədçilərinə bıçaq və dəyənəklərlə hücum etməsindən sonra başlayıb.

Xəbər lenti

Xəbər lenti