...

ABŞ qərar verdi - Strateji neft ehtiyatlarını satır

Dünya xəbərləri Materials 14 Dekabr 2016 14:47 (UTC +04:00)
ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır.
ABŞ qərar verdi - Strateji neft ehtiyatlarını satır

Bakı. Trend:

ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır.

Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, ABŞ Konqresi cari dövlət xərclərinin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, strateji ehtiyatlardan 375,4 milyon dollar həcmində neftin satışı planlaşdırılır. Satışdan əldə edilən gəlirlərin isə strateji neft ehtiyatları ilə bağlı infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti