...

Fransada yüksək səviyyəli terror təhlükəsi elan olunub

Dünya xəbərləri Materials 24 Dekabr 2016 14:42 (UTC +04:00)
Fransada terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır.
Fransada yüksək səviyyəli terror təhlükəsi elan olunub

Bakı. Trend:

Fransada terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır. Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Fransa polisinin rəhbəri Jan-Mark Falkon deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Berlində baş vermiş hücum bu təhlükənin real olduğunu təsdiq edir.

Fransa polisinin rəhbəri Milad və Yeni il bayramlarında lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin qəbul olunacağını bəyan edib.

Qeyd edək ki, dekabr ayının ortalarında Fransa parlamenti ölkədə ötən il tətbiq olunmuş fövqəladə vəziyyətin 2017-ci ilin iyuluna kimi artırılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti