...

Rusiyada islah müəssisəsində yanğın olub

Dünya xəbərləri Materials 7 Dekabr 2017 10:18 (UTC +04:00)
Bryanskda, Komarova küçəsi ünvanında 1 saylı islah müəssisəsində yanğın baş verib.
Rusiyada islah müəssisəsində yanğın olub

Bakı. Trend:

Bryanskda, Komarova küçəsi ünvanında 1 saylı islah müəssisəsində yanğın baş verib. Trend-in məlumatına görə, region fövqəladə xidməti yanğının müəssisənin camaşırxanasında başlaması barədə xəbər yayıb.

Xidmətdən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti