...

Rusiyada yolda çəkilən maraqlı görüntü sosial şəbəkə istifadəçilərini çaş-baş salıb (VİDEO)

Dünya xəbərləri Materials 24 Dekabr 2017 21:35 (UTC +04:00)
Rusiyanın Barnaul şəhərində yolda maraqlı hadisə baş verib.
Rusiyada yolda çəkilən maraqlı görüntü sosial şəbəkə istifadəçilərini çaş-baş salıb (VİDEO)

Bakı. Trend:

Rusiyanın Barnaul şəhərində yolda maraqlı hadisə baş verib.

Trend-in məlumatına görə, avtomobil videoreqistratorunun qeyd etdiyi videoda "Niva Chevrolet" markalı maşının yolun hərəkət hissəsində qəfildən peydə olması sosial şəbəkə istifadəçilərini çaş-baş salıb.

Videoda göründüyü kimi, avtomobil sürücüsü sola döndüyü zaman onun qarşısına "Niva Chevrolet" çıxır, halbuki daha öncə avtomobil videoreqistrator tərəfindən qeydə alınmırdı.

Sosial şəbəkə istifadəçilərinin çoxusu belə nəticəyə gəlib ki, avtomobil yaxınlıqda yerləşən avtobus dayanacağından hərəkətə başlayıb və "kor zonaya" düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti