...

Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması ilə bağlı sazişi imzaladı

Dünya xəbərləri Materials 29 Dekabr 2017 14:12 (UTC +04:00)
Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanıb.
Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması ilə bağlı sazişi imzaladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanıb

Trend-in məlumatına görə, saziş Ankarada, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə imzalanıb.

Sazişə əsasən, Rusiya kredit vasitəsilə Türkiyəyə 4 ədəd S-400 zenit-raket kompleksi satacaq.

Qeyd edək ki, sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti