...

Böyük Britaniyanın səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Dünya xəbərləri Materials 11 Mart 2020 08:29 (UTC +04:00)
Böyük Britaniyanın səhiyyə nazirinin xəstələrin təhlükəsizliyi üzrə müavini Naddin Dorris COVİD-19 koronavirusuna yoluxub
Böyük Britaniyanın səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Bakı. Trend:

Böyük Britaniyanın səhiyyə nazirinin xəstələrin təhlükəsizliyi üzrə müavini Naddin Dorris COVİD-19 koronavirusuna yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə N.Dorris özü məlumat verib.

Nazir müavini bildirib: "Təsdiq edə bilərəm ki, mənim koronavirus üzrə analizlərimin cavabı müsbət olub. Bu barədə məlumatlandırıldıqdan sonra, mən bütün lazımi tədbirləri görmüşəm".

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 373 nəfər təşkil edir, onlardan 6 nəfəri ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti