...

Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyi tarix məlum olub

Dünya xəbərləri Materials 11 Noyabr 2021 06:29 (UTC +04:00)
Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyi tarix məlum olub

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin arasında virtual sammitin keçirilməsi noyabrın 15-nə planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ adminsitrasiyasındakı mənbəyə istinadən "Politico" xəbər verib.

Mənbənin sözlərinə görə, sammit noyabrın 15-i Vaşinqton vaxtı ilə axşam saatlarında keçiriləcək.

Xatırladaq ki, daha əvvəl C.Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyini tərəflər təsdiqləyib. Lakin sammitin keçiriləcəyi tarix barədə rəsmi açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti