...

Livan elektrik şəbəkədə qəza nəticəsində işıqsız qalıb

Dünya xəbərləri Materials 9 Yanvar 2022 03:04 (UTC +04:00)
Livan elektrik şəbəkədə qəza nəticəsində işıqsız qalıb

Bakı. Trend:

Livanın bütün ərazisində elektrik enerjisi verilişi dayandırılıb.

Trend Al-Jadeed agentliyinə istinadən xəbər verir ki, elektrik enerjisi Electricite du Liban şirkəti tərəfindən kəsilib. Bildirilir ki, buna Beyrut yaxınlığındakı Aramun kəndində stansiya ilə bağlı münaqişə səbəb olub.

Yerli sakinlər elektrik enerjisinin müntəzəm olaraq kəsilməsinə etiraz edərək stansiyaya basqın cəhdi ediblər. Nəticədə bütün elektrik şəbəkəsi sıradan çıxıb. Şahidlərin bildirdiyinə görə, Beyrut Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq elektriksiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti