...

Cozep Borrel Yaxın Şərqdəki faciəni Qərb diplomatiyasının uğursuzluğu adlandırıb

Dünya xəbərləri Materials 6 Noyabr 2023 14:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdəki faciə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üçün yetərincə səy göstərməyən beynəlxalq diplomatiyanın mənəvi və siyasi uğursuzluğudur.

Trend xəbər verir ki, bunu bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin konfransında çıxışında deyib.

"Yaxın Şərqdə baş verən faciə kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Həm İsrail, həm də Fələstin xalqları bu uğursuzluğun bədəlini ağır ödəyir", - o deyib.

Bundan başqa, Borrel bu uğursuzluğu İsrail-Fələstin problemini həll etmək üçün real istəyin kifayət qədər olmaması ilə əlaqələndirib.

"Bəli, biz rəsmi olaraq iki dövlətə əsaslanan həllin tərəfdarı idik, lakin nəticə əldə etmək üçün real yol xəritəsi yox idi", - deyə C.Borrell bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti