...

Türkiyənin Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 20 Noyabr 2023 20:44 (UTC +04:00)
Türkiyənin Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin oktyabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 40 faiz artaraq, 10 milyon 8 min 165 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 38 faiz artaraq 7 milyon 643 min 730 nəfər, beynəlxalq reyslər üzrə isə 44 faiz artaraq 2 milyon 364 min 435 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 98 min 743 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 61 min 907 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 20 faiz artaraq, 36 min 836 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 78 min 45 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 32 faiz artaraq 58 min 798, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 19 min 247 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti