...

ABŞ bu ölkəyə 131 qanunsuz miqrantı deportasiya edib

Dünya xəbərləri Materials 1 May 2025 20:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları hökuməti ölkə ərazisində qanunsuz yolla yaşayan, Mərkəzi Asiya regionundan olan 131 miqrantı Özbəkistana deportasiya edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların arasında Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları yer alır. Özbəkistan öz vətəndaşlarının deportasiyasını tam olaraq maliyyələşdirib.

Qeyd olunur ki, bu, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinliyini vurğulayır və Amerika ittifaqları üçün standartlar müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti