Bakı.Trend:
İndoneziyanın Qərbi Yava əyalətində istismardan çıxarılmış silah-sursatın utilizasiyası zamanı baş verən partlayışda 9 mülki şəxs və dörd hərbçi həlak olub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, insident Harut rayonunda yerləşən poliqonda baş verib. Hadisə yerində olan hərbçilər növbəti partlayışların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri həyata keçirir.
İndoneziya ordusunun qərargah rəisi general Maruli Simancuntaka qəza səbəblərinin araşdırıldığını bildirib.