...

Təbrizdə neft emalı zavodunda partlayış baş verib

Dünya xəbərləri Materials 29 İyun 2025 20:18 (UTC +04:00)

Bakı. Trend:

İranın şimal-qərbində Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.

Trend-in məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verib.

Neft emalı zavodunun yaxınlığındakı qatı tüstünün qəza nəticəsində baş verdiyi qeyd edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən yoxdur və zavod adi rejimdə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti