Bakı. Trend:
İraqın Dohuk əyalətinin şimalında yerləşən Atruş neft yatağında partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hazırda mülki müdafiə qüvvələri yatağın ərazisinda partlayışdan sonra meydana gələn yanğını söndürməyə çalışır.
Obyektdə qəza ilə əlaqədar neft istehsalı naməlum müddətə dayandırılıb. İlkin məlumata görə, partlayış nəticəsində həlak olan olmayıb.