...

Azərbaycanın "Eurovision 2012" təmsilçisinin rəsmi "Facebook" səhifəsində viktorina başlayır

Mədəniyyət Materials 9 Aprel 2012 18:50 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisinin sosial şəbəkədəki rəsmi səhifəsində aprelin 10-dan 20-dək "Səbinənin sirrlərini bilirsinizmi?" adlı viktorinaya start veriləcək.
Azərbaycanın "Eurovision 2012" təmsilçisinin rəsmi "Facebook" səhifəsində viktorina başlayır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisinin sosial şəbəkədəki rəsmi səhifəsində aprelin 10-dan 20-dək "Səbinənin sirrlərini bilirsinizmi?" adlı viktorinaya start veriləcək.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, müsabiqənin şərtlərinə görə, həftənin iş günlərində, yəni bazar ertəsindən şənbə gününə qədər hər gün saat 14:00-da (Bakı vaxtı ilə) Səbinə Babayevanın rəsmi "Facebook" səhifəsində istifadəçilərə onunla bağlı bir sual ünvanlanacaq. İştirakçılardan doğru cavabı operativ və cəld lazımi ünvana göndərmək tələb olunur. İlk 13 düzgün cavabın sahibləri xüsusi hədiyyə qazanacaqlar.

Qeyd edək ki, birinci doğru cavab 10, ikincisi 6, üçüncüsü isə 4 xalla qiymətləndiriləcək. Digər 10 cavabın hər birinə 1 xal veriləcək. İki həftə müddətində pərəstişkarlara ümumilikdə 9 sual ünvanlandırılacaq. Müsabiqənin yekun nəticələri aprelin 23-də elə həmin səhifədə nəşr olunacaq.

Yeri gəlmişkən, Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Eurovision" şousundakı ölkə təmsilçimiz Səbinə Babayeva Budapeştdən Ukraynaya qayıdıb. Müğənninin Macarıstan səfəri uğurlu olub. O, "When The Music Dies" mahnısı ilə qonaq olduğu ölkənin Dövlət Televiziyasında bir neçə şou proqrama dəvət alıb, yerli radiolardan birinə müsahibə verib. Səfər müddətində Səbinə Babayeva Macarıstanın builki şou təmsilçiləri "Compact Disco" qrupunun üzvləri ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti