...

İçərişəhərdə "21 dekabr" tarixi qeyd ediləcək

Mədəniyyət Materials 20 Dekabr 2012 13:34 (UTC +04:00)
Dekabrın 21-i "Beat Group" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçəri Şəhərdə "Başqa Gün" adlı aksiya həyata keçiriləcək.
İçərişəhərdə "21 dekabr" tarixi qeyd ediləcək

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Dekabrın 21-i "Beat Group" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçəri Şəhərdə "Başqa Gün" adlı aksiya həyata keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, aksiya zamanı video-mappinq texnologiyasının tətbiqi ilə dünya tarixində qədim mayya xalqının dövründən bu günə qədər "21 dekabr" tarixi ilə bağlı olan maraqlı məqamlar Qoşa Qala Qapısı Meydanında yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasının fasadında canlandırılacaq.

Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini 21 dekabr tarixinə cəlb etməklə, bu günün sadəcə bəşəriyyət tarixində yeni səhərə açılan daha bir gün olmasını vurğulamaq, gənclərin kreativ və maraqlı ideyalarını dəstəkləməkdir.

Video-mappinq texnologiyasından, yəni bir və ya bir neçə nöqtədən müxtəlif formalı səthlərin üzərində videoproyeksiyadan istifadə etməklə yaradılan maraqlı və rəngarəng 3D formatlı görüntülərə tamaşa etmək istəyən Bakı şəhərinin sakinləri və qonaqlar sabah saat 21:12-də başlanacaq bu aksiyada iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti