...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Gündəm Materials 11 Fevral 2025 10:38 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 tapança, 7 qumbara, 8 tüfəng, 7 patron darağı və 429 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti