Bakı. Trend:
Səbail rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da saat 1 radələrində rayonunun A.M.Ələkbər küçəsində İmişli rayon sakini R.Sadıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuş və həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.