Bakı. Trend:
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan Ləman Qulamovanın hazırda vəziyyəti ağır stabildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilir ki, 2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir:
"Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir".
Qeyd edək ki, Ləman Qulamova həmin yanğında həyatını itirmiş Bakı Milli Geyim Evinin rəhbəri Könül Velibəylinin qızıdır.
