...

Bauman bazarının tavanını uçmasından zərərçəkənlər Sklifosovsk adına ETİ-da, 29 və 33N-li şəhər xəstəxanalarında yerləşdirilirlər

Hadisə Materials 23 Fevral 2006 13:03 (UTC +04:00)

Bauman bazarının uçmuş damının dağıntıları altından çıxarılan adamlar Sklifosovsk adına İnstitutda, eləcə də 29 və 33 saylı xəstəxanalarda yerləşdirilirlər. Bu barədə jurnalistlərə Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Viktor Belsov məlumat verib.

O bildirib ki, hadisə yerində kinoloqlar itlərlə işləməkdə davam edirlər. Dağıntılar altında 11 nöqtə aşkar edilib ki, orada sağ qalmış insanların olduğu güman edilir.

Son məlumatlara görə, Bauman bazarının damının uçması nəticəsində 18 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti