...

Azərbaycan ərazilərinin 447 651 m2 sahəsi 2005-ci ilin noyabr ayı ərzində minadan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2005 16:42 (UTC +04:00)

Azərbaycan ərazilərinin 447 651 m2 sahəsi 2005-ci ilin noyabr ayı ərzində minadan təmizlənib. Azərbaycan ərazilərinin minadan təmizlənməsi Milli agentliyində (ANAMA) Trend ə bildirilib ki, bu dövr ərzində 3 393 mina və partladılmamış sursat (PHS) aşkar edilib və zərərsizləşdirlib.

Minadan təmizləmə əməliyyatlarına 22 minaaxtaran it, 138 sapyop, 15 PHS operatoru, 8 təcili yardım həkimi və təxminən 100 yardımçı işçi cəlb edilib.

ANAMA-nın fəaliyyəti ərzində Azərbaycanda 20 934 814 m2 ərazi minadan təmizlənib. Aşkar edilmiş və zərərsizləşdirilmiş mina və PHS-in ümumi sayı 11 600 təşkil edib.

2001-ci ilin sentyabr ayından 69 mina partlaması nəticəsində 47 şəxs həlak olub, 101 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti