...

Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2021 14:22 (UTC +04:00)
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib. Şəhid ailələrinin, Qarabağ qazilərinin və müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, xalqımız bu Qələbənin qazanılmasına görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə Azərbaycan Ordusuna borcludur.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anaları ilə birgə Vətən Müharibəsi iştirakçılarına təltif olunduqları medalları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti