...

"Kəpəz" klubuna texniki məğlubiyyət verildi

İdman Materials 28 Avqust 2012 12:52 (UTC +04:00)
AFFA İntizam Komitəsinin qərarı ilə Gəncənin "Kəpəz" klubuna texniki məğlubiyyət verilib.
"Kəpəz" klubuna texniki məğlubiyyət verildi

Azərbaycan, Bakı, 28 avqust /Trend/

AFFA İntizam Komitəsinin qərarı ilə Gəncənin "Kəpəz" klubuna texniki məğlubiyyət verilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 25 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun "Bakı" - "Kəpəz" matçının 17-ci dəqiqəsində "Kəpəz" klubunun 7 №-li futbolçusu Malik Babayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Matçın 89-cu dəqiqəsində "Kəpəz" klubu nəzərdə tutulmuş limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbər lenti

Xəbər lenti