Bakı. Trend:
"Atalanta" klubunun nigeriyalı forvardı Ademola Lukman İngiltərə Premyer Liqasında çıxışını davam etdirmək şansı qazana bilər.
Trend "Caught Offside" portalına istinadən xəbər verir ki, futbolçu "Mançester Yunayted"in transfer hədəfləri arasındadır.
Mənbənin məlumatına görə, keçidin bu qış reallaşması çətin görünsə də, İngiltərə klubu yanvar ayında danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Lukmana təkcə "Mançester Yunayted" deyil, həm də İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları maraq göstərir. Hücumçunun gələcək transferi ilə bağlı danışıqların nəticəsi futbol dünyasında maraqla gözlənilir.