Bakı. Trend:
NATO-nun baş katibi Mark Rütte Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə NATO-nun açıqlamasında bildirilib.
Məlumata əsasən, M.Rütte vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərlə görüşəcək.
Bildirilib ki, baş katib Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə də görüşəcək və "Türk Aerokosmik Sənayesi" şirkətinə baş çəkəcək.