Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq, 24,2 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 7164,2 min ton olub və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz azalıb. Yüklərin 47,6 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 11704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9360,2 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib.
2024-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub.