...

Meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıldı

Dünya xəbərləri Materials 23 Noyabr 2024 09:47 (UTC +04:00)
Meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıldı
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" xəstəliyinin (meymunçiçəyi) yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin saxlanılması barədə qərar qəbul edib.

Trend-in xəbərinə görə, bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus "mpox" üzrə fövqəladə komitənin ekspertlərinin tövsiyələri əsasında açıqlama verib.

Komitə meymunçiçəyi xəstəliyinin artması səbəbindən 2022-ci ilin avqustundan sonra ikinci dəfə noyabrın 22-də toplanıb. Ekspertlər belə nəticəyə gəliblər ki, xəstəlik beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət təşkil etməkdə davam edir.

ÜST-nin məlumatına görə, bu qərarın əsasını xəstələrin sayının artması və "mpox"un coğrafi yayılmasının davam etməsi təşkil edir ki, bu da ölkələr və tərəfdaşlar tərəfindən əlaqələndirilmiş cavab tədbirlərinin görülməsini tələb edir.

"Mpox" üzrə fövqəladə komitənin hesabatı gələn həftə dərc ediləcək.

Daha əvvəl ÜST bildirmişdi ki, 1 yanvar 2022-ci ildən 30 sentyabr 2023-cü ilədək dünyada 123 ölkədə 236 ölüm hadisəsi də daxil olmaqla, 109 699 təsdiqlənmiş "mpox" hadisəsi qeydə alınıb. Meymunçiçəyi ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyəti əvvəlcə 2022-ci ilin iyulundan 2023-cü il mayın 11-dək qüvvədə olub. Bu rejim xəstəliyin azalması səbəbindən ləğv edilib, lakin bu ilin avqustun 14-də Qebreyesus Afrikada xəstəliyin alovlanması səbəbindən yenidən fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti