Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin kütləvi istehsalı ilə bağlı qərarını açıqlayıb.
Trend-in məlumatın görə, bu barədə V.Putin Müdafiə Nazirliyinin, hərbi sənaye kompleksinin və raket istehsalçılarının rəhbərliyi ilə görüşdə deyib.
Onun sözlərinə görə, raket sistemi Rusiya Strateji Raket Qoşunlarına təhvil veriləcək.
"Kütləvi istehsal qurmaq lazımdır. Bu sistemin kütləvi istehsalı ilə bağlı qərarın verildiyini hesab edə bilərik", - deyə o bildirib.