...

Milli Məclisin sədri İranın İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 28 Aprel 2025 17:17 (UTC +04:00)
Milli Məclisin sədri İranın İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib.

Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti