Bakı. Trend:
İspaniya Daxili İşlər Nazirliyi Qərbi Avropada yaranan elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib.
Trend xəbər verir ki, milyonlarla abonent işıqsız qalıb, nəqliyyat və rabitə sistemlərinin fəaliyyətində fasilələr müşahidə olunub.
Elektrik təchizatının kəsilməsi İspaniya və Portuqaliyanın bütün ərazisində qeydə alınıb. Elektrik şəbəkəsində problemlər Andorra və İspaniya ilə sərhəd Fransa departamentlərində də müşahidə olunub.