...

Çexiyada nikahların sayı azalıb

Dünya xəbərləri Materials 29 Aprel 2025 05:06 (UTC +04:00)
Çexiyada nikahların sayı azalıb

Bakı. Trend:

Ötən il Çexiyada bağlanan nikahların sayı 1918-ci ildə müstəqil Çexoslovakiyanın yaranmasından sonra 2013-cü ildən bəri ikinci ən aşağı göstəricidir.

Trend xəbər verir ki, ötən il 44 min 486 cütlük nikaha daxil olub ki, bu da antirekord qeydi alınan 2013-cü ildən cəmi 1 min nəfər çoxdur.

Eyni zamanda, son on ildə çexlərlə əcnəbilər arasında nikahların sayı artıb. 2023-cü ildə belə nikahların payı rekord həddə - 15 faizə çatıb. Tarixdə ən çox nikah 1920-ci ildə Çexoslovakiyanın Çex ərazisində 135 714 cütlük arasında bağlanıb.

Boşanma nisbəti də azalıb və son dörd il ərzində 40 faizdən aşağı səviyyədə qalıb.

Hesab olunur ki, evliliyin insanlara sosial və emosional sferada gətirdiyi müsbət cəhətlərlə yanaşı, o, həm də vaxtından əvvəl ölümdən müəyyən “qoruma” funksiyasını yerinə yetirir. Evli insanlarda ölüm nisbəti boşanmış və dul insanlardan daha aşağıdır. Son illərdə ailələrini ən çox tərk edənlər 45-49 yaş arası kişilər və qadınlardır.

Xəbər lenti

Xəbər lenti