Bakı. Trend:
Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi bərpa edib.
Trend xəbər verir ki, bunu Xorvatiyanın İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun böyük elmi işçisi Antun Duymoviç Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
“Mən sizin ölkənizin azadlığa çıxmasından sonra Azərbaycanda güclü, pozitiv enerji hiss edirəm. Bizdə anoloji vəziyyət 1990-cı illərdə yaşanıb. Bu keçmişlə bağlı başqa bir travma olsa da, xoşbəxt sonluğu və möhkəm, sabit çözümü olub. Bu bizim ölkələri birləşdirən başqa bir elementlərdən biridir: Xorvatiya bizim regionda- Balkanlarda sülhü bərpa etdi, eləcə də Azərbaycan sülh və sabitliyi Cənubi Qafqazda bərpa etmiş olub”, - deyə o bildirib.
Duymoviç Xorvatiyanın qoşulmama hərəkatının bir hissəsi olduğunu xatırladıb.
“Düzdür indi biz daha onda aktiv iştirak etməsək də, bəzi qonşularımız, misal üçün Serbiya bu hərəkətda kifayət qədər fəaldır. Bununla belə, bizim onun fəaliyyətində iştiraka böyük marağımız olub və indi də qalmaqdadır”, - deyə Duymoviç bildirib.