Bakı. Trend:
"Liverpul" Premyer Liqa çempionluğunu qeyd etmək üçün parad keçirəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Məlumata görə, "Mersisaydlılar" ötən gün Premyer Liqanın 34-cü turunda "Tottenhem"ə qalib gəliblər və xallarının sayını 82-yə çatdıraraq sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər.
İngiltərə təmsilçisinin mətbuat xidməti bildirib ki, Liverpul Şəhər Şurasının lideri Liam Robinson titulun qeyd olunması üçün çempionluq paradının təşkili təklifini qəbul edib.
Parad mayın 26-da, “Kristal Pelas”la mövsümün son matçından 1 gün sonra keçiriləcək.