Bakı. Trend:
Cari ilin 1 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) təqribən 11 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,4 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət zəmanətinin 9,2 milyard manatı və ya 84,2 faizi xarici kreditlərin, 1,7 milyard manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.
Dövlət zəmanətli borcun valyuta üzrə bölgüsü
11 aprel 2025-ci il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları –63,3 faiz, avro –18,7 faiz, manat –12,3 faiz, yapon yeni –3,9 faiz, digər valyutalar –1,8 faiz
Dövlət zəmanətli borcun faiz növləri üzrə bölgüsü
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 faizini sabit, 41,8 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.